Logo

Prokurorluq orqanlarına işə qəbul üzrə yazılı imtahan mərhələsi başa çatıb

29.11.2022 15:57 176 baxış
IMG

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilən müsabiqənin ikinсi - yazılı imtahan mərhələsinə yekun vurulub.

Bu barədə "Tehsil.biz"ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yazılı imtahanda uğurlu nəticə əldə edən namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilib.

Qeyd edilib ki, müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanan 87 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti - müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).

Namizədlər tibbi müayinədən keçmək üçün noyabrın 30-dan dekabrın 2-dək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).

Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin siyahısı

Xəbər lenti