Logo

Direktor dərsə gəlməyən müəllimdən 10 manat tələb edib - AUDİO

29.11.2022 18:28 2965 baxış
IMG

Azərbaycanda daha bir məktəbin direktorunun səs yazısı yayılıb. 

"Tehsil.biz"in məlumatına görə, Ağsu rayon Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edir. 

Direktor Oqtay Şıxıyev 10 manat əvəzinə 5 manat verən İsmayıl müəllimdən qalan 5 manatı da istəyir. 

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məsələnin araşdırıldığı, əlavə məlumatın veriləcəyi bildirilib.

Xəbər lenti