Logo

Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirlərinin görüşü keçirilib

29.11.2022 20:25 77 baxış
IMG

Noyabrın 29-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirlərinin onlayn görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə həmçinin UNESCO-nun Baş direktorunun təhsil məsələləri üzrə müavini Stefania Giannini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer və Qoşulmama Hərəkatına üzv dövlətlərin təhsil nazirləri çıxış edərək təhsil sahəsi qarşısında duran çağırışlardan bəhs edib, baş verən yeniliklərlə bağlı öz təcrübələrini bölüşüblər.

Görüş zamanı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəhbəri Orduxan Qəhrəmanzadə də çıxış edib və təşkilatın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Xəbər lenti