Logo

Paytaxt məktəbində "Əhməd Cavad- 130" adlı tədbir keçirilib

29.11.2022 20:42 136 baxış
IMG

Noyabrın 29-da Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin kitabxanasında "Əhməd Cavad -130" adlı tədbir  keçirilib.

Tehsil.biz xəbər verir ki, Şəntürk Mirzəyəvanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin rəhbərliyi, şagirdlər və müəllimlər iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Əhməd Cavadın həyat və yaradıcılığına aid  videoçarxlar nümayiş olunub, şeirlər, mahnılar səsləndirilib. 

Sonda çıxış edən məktəbin direktoru Rövşən Qafarov şairin vətənə məhəbbəti, azadlığı, istiqlalı tərənnüm edən şeirlərinin şagirdlərimizin vətənpərvər ruhda yetişməsində əhəmiyyətindən danışıb.

Xəbər lenti