Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı Qrant müsabiqəsində Füzuli şəhəri 17 saylı tam orta məktəbin psixoloqu Fazilə Mamedovanın "Pedaqoji kollektivin şagirdlərin psixologiyası ilə bağlı məlumatlılığının artırılması" layihəsi qalib olub.
Tehsil.biz xəbər verir ki, layihənin əsas məqsədi Pedaqoji kollektivin şagirdlərin yaş səviyyələrinə görə psixoloji inkişafı, öyrənmələrinə mane olan səbəblər, müəllim şagird münasibətlərinin inkişafı və digər mövzularda psixoloji biliklərini artırmaq və bu istiqamətdə praktik tapşırıqlar icra etməkdir.
Layihə müddətində 3 məktəbdən 100ə yaxın pedaqoqla təlimlərin keçirilməsi nəzərdə tutulub. Artıq təlimlərə başlanılıb.
3 ay davam edəcək layihədə təlimlər ilk olaraq Füzuli şəhəri 17 saylı orta məktəbin pedaqoji kollektivi ilə keçirilib. Ardınca 59 saylı orta məktəbdə təlimlər davam etdirilib.
Təlimlərin əsas mövzusu "Təlim Psixologiyası, şagird müəllim münasibətləri, şagirdlərin təlim prosesində qarşılaşdıqları çətinliklər, öyrənməyə təsir edən amillər" və digər mövzulardır. Daha sonra pedaqoqlara 15 gün ərzində şagirdlərlə işləmək üçün praktik vəsaitlər paylanılıb keçirilmə qaydaları izah edilib.
Növbəti təlimlərin həm onlayn, həm də canlı olaraq digər məktəblərdə davam etdirilməsi nəzərdə tutulub. Layihə müddətində iştirak edən bütün pedaqoqların sertifikatla təmin olunacaq.
Qeyd edək ki, layihənin eksperti Xurma Haciyeva, təlimçiləri isə Jalə Məmmədova və Qərənfil Nəzərovadır.