Logo

Evinin qarşısında oynayan məktəblini maşın vurub öldürdü

16.02.2021 09:49 623 baxış
IMG

Ötən gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

"Qafqazinfo"nun məlumatına görə, Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə evinin qarşısında oynayan 2013-cü il təvəllüdlü Nəcəfzadə Kənan Elnur oğlunu vurub. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun keçindiyi məlum olub.

 

Qeyd edək ki, özündən başqa 10 yaşlı qardaşı olan 2-ci sinif şagirdi Kənan, bu gün aylar sonra ənənəvi dərslərin bərpa olunduğu orta məktəbə gedəcəkdi.

Xəbər lenti