Logo

Azad Şuşanın qurucu STEAM şagirdləri layihəsinin beşinci təlimi keçirilib - FOTO

30.11.2022 10:51 195 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən olan azad Şuşanın qurucu STEAM şagirdləri layihəsinin beşinci təlimi uğurla baş tutub.

Tehsil.biz xəbər verir ki, təlimçi robototexnika üzrə mütəxəssis Ayaz Məmmədov ''Radiolokasiya haqqında. Ultrasəs sensor ilə təcrübə. Skywalker təyyarəsi ilə uçuş" mövzusunda təlimi keçib, təlim şagirdlər tərəfindən maraqla qarşılanıb.

Təlimdə Şuşa rayon 24 nömrəli ümumi orta məktəb şagirdləri ilə yanaşı, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəb şagirdləri də iştirak edir.

Qeyd edək ki, layihənin rəhbəri:Şuşa 24 nömrəli ümumi orta məktəbin riyaziyyat-fizika müəllimi Yasəmən Mustafazadədir.

Xəbər lenti