Logo

AƏSMA tələbələri “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfransda - FOTO

30.11.2022 11:22 138 baxış
IMG

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB təşkilatının) icra etdiyi "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihənin yekun tədbiri 26 noyabr 2022-ci il tarixində Bakıda “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və perspektivləri” adlı sərgi-konfrans formatında təşkil olunub.

Tehsil.biz xəbər verir ki, sözügedən tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından (AƏSMA) 21 tələbə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Mahir Calalov iştirak edib.

Tədbir iki hissədə “AzərSu” ASC-nin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun konfrans zalında keçirilib. Tədbirin birinci hissəsində oktyabr-noyabr aylarında layihə çərçivəsində “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlimi keçmiş 120 nəfər gəncin öz layihələrinin və məhsullarının sərgisi ilə başlayıb, sonra isə müxtəlif mövzularda və məruzəçilərin çıxışları ilə davam edib.

Tədbiri giriş sözü ilə MİDİB təşkilatının icraçı direktoru və layihə rəhbəri Arif Nəcimov açaraq layihə haqqında ətraflı məlumatı və əldə olunmuş nəticələri öz çıxış təqdimatında təqdim edib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi, "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin 120 nəfər gəncin arasında təbliği və məşğulluğun təmin olunmasına dəstək olmaq olmuşdur. Layihə 1 sentyabr 2022-ci il tarixindən başlayıb və üç ay ərzində iş planına uyğun olaraq davam edib. Layihə çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı praktiki təlim təşkil olunub.

Təlimlərin sonunda hər bir tələbə fərdi və ya qrup şəklində ev tapşırığı olaraq öz sosial biznes layihələrinin üzərində çalışıb və sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbər lenti