Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbov vəzifəsindən azad edilib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Məlumatı dəqiqləşdirmək üçün Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxladıq. NDU-nun mətbuat xidmətindən saytımıza bildirildi ki, bu barədə rəsmi məlumat yoxdur:
"Əlimizdə dəqiq fakt olmadığına görə məlumat haqda bir söz deyə bilmərik".