Noyabrın 29-da Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbdə Cəlilabad rayonunun ümumi təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Cəlilabad rayon komitəsinin sədri iştirak edib.
Sonda müharibə iştirakçısı olmuş müəllimlərə Təhsilin inkişafındakı xidmətlərinə, gənclərin təlim-tərbiyəsində səmərəli xidmətlərinə görə təltifnamə, digər görüş iştirakçılarına isə müxtəlif hədiyyələr təqdim olunub.