Logo

Region məktəblərində maarifləndirici görüşlər keçirilib - FOTOLAR

30.11.2022 18:19 86 baxış
IMG

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan Şamaxı şəhər 2 saylı tam orta məktəbdə, İsmayıllı rayon Tircan kənd tam orta məktəbində və Qobustan şəhər 3 saylı tam orta məktəbdə mina təhlükəsizliyinə dair maarifləndirici görüşlər keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşlərdə Elm və Təhsil Nazirliyinin əməkdaşı Kamil Abdulxalıqov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Bayramov, Rayon Təhsil Sektorlarının müdirləri, təhsil işçiləri, şəhid ailələri, müharibə iştirakçıları və şagirdlər iştirak ediblər.

Görüşdə iştirakçılara minaaxtaranların fəaliyyəti, mina təhlükəsi və onlardan qorunma üsulları və partlamamış hərbi sursatlar haqqında təqdimat və maarifləndirici videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, belə görüşlərin keçirilməsində əsas məqsəd məktəbliləri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumatlandırmaqdan ibarətdir.

Xəbər lenti