Logo

BDU Elmi Şurasının növbəti iclası keçirilib

30.11.2022 20:09 106 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, BDU rektoru Elçin Babayev gündəlikdəki məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

İclasda dərslik, dərs vəsaiti, fənn proqramları və sillabusların vəziyyəti, BDU-nun institusional akkreditasiyanın keçirilməsi ilə əlaqədar işlərin gedişi müzakirə edilib. Qeyd olunub ki, təhsil müəssisəsinin institusional akkreditasiyası 30 meyar, 271 indikator üzrə aparılacaq. Hər indikator 3 balla qiymətləndiriləcək. Elmi Şuranın qərarına əsasən, BDU-da İnstitusional akkreditasiya üzrə təşkilat komissiyası və 7 istiqamət üzrə (strateji inkişaf, keyfiyyət təminatı, təlim və tədris, elmi tədqiqatlar, idarəetmə, beynəlmiləlləşmə və infrastruktur) işçi qruplar yaradılıb.

İclasda həmçinin BDU-nun məqsədli təqaüdləri haqqında Əsasnamə qəbul olunub.

Daha sonra cari məsələlərə baxılıb.

Xəbər lenti