Logo

UNEC ilə Azərbaycan Sığortaçılar Assosiasiyası əməkdaşlığa başlayıb

30.11.2022 21:54 205 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında Əməkdaşlıq memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov və ASA-nın icraçı direktoru Elmar Mirsalayevin  imzaladığı memorandumda tələbələr arasında sığorta savadlılığının artırılması, innovativ fəaliyyətin birgə təşkili, təhsil və sığorta xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafın qarşılıqlı əlaqələndirilməsi, sığorta sektorunda çalışanların tədrisə cəlb olunması, birgə layihələrin hazırlanması və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkili nəzərdə tutulub.

Sənəddə tələbələrin sığorta şirkətlərində mövcud vakant vəzifələr haqda məlumatlandırılması məqsədilə universitetdə “Karyera günləri”nın keçirilməsi də əks olunub.

Xəbər lenti