Logo

Gömrük Akademiyasının tələbələrinin növbəti tədbiri keçirilib

01.12.2022 11:16 208 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Dil-İnkişaf” klubunun təşkilatçılığı ilə "Hədəf 10%" proqramı çərçivəsində "Xaricdə Magistr təhsili" adlı təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, gənclərin təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi məqsədilə təşkil olunan təlim "Speaky Education Center" tədris mərkəzinin təsisçisi və rəhbəri Nihad Mansuroğlu tərəfindən təqdim edilib.

Olduqca səmərəli keçən təlimdə tələbələr təhsillərinin xarici universitetlərdə davam etdirilməsi, ölkə daxilində və xaricdə iş imkanları mövzularında ətraflı məlumat əldə ediblər.

Xəbər lenti