Logo

Qubada itdən qorxan məktəbli öldü

01.12.2022 11:50 2684 baxış
IMG

Qubada itin hücumuna məruz qalan yeniyetmə qız vəfat edib.

"Tehsil.biz"in məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində baş verib.

Belə ki, bir neçə gün əvvəl kənd ərazisində itin hücum etməsi nəticəsində qorxan 2009-cu il təvəllüdlü Gültəkin Orucova gizli xəstəlik keçirib. Hadisədən sonra səhhəti kəskin pisləşən yeniyetmə qız əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və ötən gün paytaxtdakı tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, G.Orucova İkinci Nügədi kənd 1 saylı orta məktəbin 8-ci sinif şagirdi olub. 

Xəbər lenti