Sabirabad rayonu Kovlar kənd tam orta məktəbində istiliklə bağlı yaranan problem həllini tapıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.
"Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik sistemi dizel qazanxana ilə işləyir. Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar təmir işləri aparır və indicə aldığımız məlumata görə məktəbdə istilik bərpa olunub", - nazirlik rəsmisi bildirib.