Logo

Təbiətin yaratdığı canlı muzey - LAÇIN

01.12.2022 18:32 620 baxış
IMG

Azərbaycanın gözəl guşələrindən olan Laçın rayonu erməni Silahlı birləşmələri tərəfindən 1992-ci il may ayının 18-də işğala məruz qaldı.

İşğal dövründə Laçının təbii sərvətlərini talamaqla məşğul olan, burada qanunsuz məskunlaşma aparan ermənilər bununla kifayətlənməyib, təxribat xarakterli hərəkətlərini artırdılar, hətta Azərbaycanı yeni müharibələr və yeni ərazilər ələ keçirəcəkləri ilə hədələdilər. İşğal olunmuş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz boşalması haqqında BMT Təhlükəsizlik Şurasının Qətnamələrini heçə sayan ermənilərin daha da azğınlaşması təmas xəttində ordumuzun mövqelərini aramsız atəşə tutması, dinc sakinlərimizi qətlə yetirilməsi Azərbaycan ordusunun əks hücuma başlaması ilə nəticələndi. Rəşadətli Azərbaycan ordusu öz dədə-baba torpaqlarını işğaldan azad etmək üçün 27 sentyabr 2020-ci il tarixdə əks hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi ordumuzun tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Şuşa əməliyyatından sonra məğlubiyyətini anlayan Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verməli oldu.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üç tərəfli bəyanata, əsasən, 2020-ci il dekabrın 1-dən Laçın rayonu 28 il sonra yenidən Azərbaycanın nəzarətinə keçdi. Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinə müraciət edərək, Laçın şəhərini tərk etmələri üçün onlara 2022-ci ilin avqustun 25-ə qədər əlavə vaxt verilməsini istədilər. Hansı ki, Laçın şəhərində Ermənistan qanunsuz məskunlaşma aparmışdı. Nəhayət, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev sentyabrın 21-də Laçına səfər edərək, şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdı.

Laçın təbiətin yaratdığı canlı muzey, gözəlliklər məskəni, dağlar diyarıdır,ə. Laçın təbii və nadir inci hesab olunan Turş su, İstisu cə digər mineral bulaqları ilə məşhur olub. Ana təbiət bu diyarın gözəlliyi üçün heçnəyi əsirgəməyib.

Hazırda Laçın rayonununda bir sıra mühüm infrastruktur layihələr həyata keçirilir. Kəlbəcər-Laçın avtomobil yolu üzərində yeraltı tunellər çəkilir, yaşıl enerji strategiyasına uyğun olaraq, elektrik şəbəkələri quraşdırılır. Laçın Beynəlxalq Hava Limanının təməli qoyulub. Bu limanın tikilməsi bölgənin iqtisadi və turizm potensialının güclənməsinə böyük töhfə verəcək.

Artıq laçınlılar öz dədə-baba yurdlarına mal-qara, qoyun sürüləri və arı ailələri aparırlar. Beləliklə, "Qartal olub göylərində uçum mən" arzusu ilə yaşayan laçınlılar, indi doğma yurdlarına gedirlər, göy buludların üzərində süzən qartallar da dağların qoynuna, zirvələrə qayıdırlar. Yurd sevinir, ocaq sevinir. Əzəli və əbədi sakinlərinin ayaq səslərinə sevinən Laçın, qürurun və məğrurluğun ahəngi ilə nəfəs alır.

Məhyəddin Nəsimioğlu
YAP Yevlax rayon təşkilatının fəalı

Xəbər lenti