Logo

Gəncə-Daşkəsən RTİ-nin tabeliyindəki məktəblərdə "Rəqəmsal summativ qiymətləndirmə" keçirilir

02.12.2022 10:04 360 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IV-XI siniflərində müəllimlər və ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən "Rəqəmsal summativ qiymətləndirmə" keçirilir.

Bu barədə "Tehsil.biz"ə Regional İdarədən məlumat verilib.

Bildirilib ki, rəqəmsal summativ qiymətləndirmə ənənəvi ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması qaydasına əsasən keçirilən summativ qiymətləndirmələrin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) həyata keçirilməsidir.

Xəbər lenti