28-30 noyabr 2022-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Qarabağ, Mərkəzi Aran və Dağlıq Şirvan regional təhsil idarələrinin və tabeliklərində olan rayon təhsil sektorlarının məsul şəxsləri, həmçinin ümumi təhsil məktəblərinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün 2022/2023-cü tədris ili üzrə Təqvim planı, buraxılış sinif məzunlarının yekun attestasiyası, şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı seminarlar keçirilib.
Tehsil.biz xəbər verir ki, DİM-in Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun müdiri Rəfail Məmmədov çıxış edərək “Şagird-məzun” sistemindəki yeniliklər və onlardan istifadə qaydaları barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə Təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.