Dekabrın 1-də Gədəbəy rayonu üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə IX sinif şagirdləri arasında buraxılış imtahanına hazırlıq məqsədi ilə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib.
Tehsil.biz xəbər verir ki, monitorinq Gədəbəy şəhər İ.Əliyev adına 1 saylı tam orta məktəb, Slavyanka kənd X.İsmayılov adına 2 saylı tam orta məktəb, Kiçik Qaramurad kənd N.Gəncəvi adına tam orta məktəb və Novo Saratovka kənd tam orta məktəbi olmaqla ümumilikdə 4 mərkəzdə keçirilib.
İmtahanda Gədəbəy rayon ümumi təhsil müəssisələrindən 650 nəfər şagird iştirak edib.
Şagirdlərin nəticələri yoxlanıldıqdan sonra onlara bildiriləcək və müzakirələr aparılacaq.