Logo

“Məktəbəqədər təhsil: çətinliklər, perspektivlər” mövzusunda tədbir keçirilib - FOTOLAR

02.12.2022 17:14 350 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə 2 dekabr 2022-ci il tarixində “Məktəbəqədər təhsil: çətinliklər, perspektivlər” mövzusunda tədbir keçirib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, Regional Təhsil İdarələri və onların tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov qonaqları salamlayıb və tədbirin bu günümüz üçün vacibliyini, əhəmiyyətini vurğulayıb. ARTİ-nin direktor müavini Ülkər Babayeva, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova çıxış edərək məktəbəqədər təhsildə aparılan islahatlar, günümüzün reallıqları, bu sahədə qarşıya çıxan çətinliklərdən danışıblar.

Tədbir ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərovanın “Məktəbəqədər təhsilin dünəni, bu günü və sabahı”, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun məsləhətçisi Aydan Əzimzadənin “Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq formaları” və təhsilin idarəedilməsi üzrə mütəxəssis Rasif Dünyamalıyevin “Uşaq mərkəzli idarəetmə” mövzularında təqdimatları ilə davam edib.

Yekunda tədbirin mövzusu üzrə ümumi müzakirə keçirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb, təkliflər dinlənilib və fikir mübadiləsi aparılıb.

Xəbər lenti