Təhsil Tələbə Krediti Fondundan təhsil tələbə krediti almış tələbələrin ölkədən çıxışına heç bir məhdudiyyət qoyulmur.
Bu barədə "Tehsil.biz"ə fonddan məlumat verilib.
Qeyd olunub ki, kreditin geri ödənilməsi ilə bağlı problem yaşanmazsa, təhsili başa vurmuş şəxslər kreditin geri ödənilməsi dövründə də ölkədən kənara çıxa bilər.