Dekabrın 2-də Şirvan-Salyan Regional Təhsil İdarəsində Hacıqabul rayon Qızılburun, Atbulaq, Udulu, Şorbaçı, Tava, Tağılı kənd tam, Kürçülü və Qubalı kənd ümumi orta məktəblərinin rəhbərlərinin tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlərə dair hesabatları dinlənilib.
Bu barədə "Tehsil.biz"ə idarədən bildirilib.
Qeyd olunub ki, hesabatların dinlənilməsi zamanı mövcud vəziyyət, IV-IX siniflərdə aparılan monitorinqin nəticələri, RFO-ya, RFM-ə şagirdlərin hazırlıq vəziyyəti, 2022-2023-cü tədris ilində tədrisin keyfiyyətinin artırılması istiqamətində qarşıya qoyulan hədəflər müzakirə olunub.