Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov həmin rayon ümumtəhsil məktəblərində çalışan bir qrup gənc müəllimlə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.
Müasir dövrün tələbinə uyğun olaraq gənc müəllimlərin sosial şəbəkələrdə də fəallığının əhəmiyyətinə toxunan sektor müdiri onların nümunəsində müəllim nüfuzunun daha da yüksələcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.