Sinqapurda yaşayan soydaşımız Dilarə Karlen-Süleymanovanın maddi dəstəyi, "Əli və Nino" kitab mağazasının və Qanun nəşriyyatının təşkilatçılığı ilə Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin tabeliyində olan məktəblərə şagirdlər üçün müxtəlif sayda kitablar hədiyyə olunub.
Tehsil.biz xəbər verir ki, kitablar Cəlilabad rayonu Qamışlıgöl kənd tam orta məktəbi, Lənkəran rayonu Sütəmurdov kənd tam orta məktəbi, Lerik rayon Piran kənd tam orta məktəbi, Masallı şəhər 2 nömrəli tam orta məktəbinə və Yardımlı rayonu Çayüzü kənd tam orta məktəbi olmaqla şagirdlərə təqdim edilib.