Leninqrad vilayətinin Lomonosovski rayonunda bir yeniyetmə mənzildə baş verən yanğın zamanı yanıq və dəm qazından zəhərlənib.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Lomonosov küçəsində yerləşən yaşayış binasında başlayıb.
Məlumata görə, xilasedicilər hadisə baş verən mənzilə gələrkən ev əşyaları yanırmış.
14 yaşlı məktəbli yanaraq mənzildən qaça bilib, həkimlər ona dəm qazından zəhərlənmə və yüngül yanıq diaqnozu qoyublar, o, həkim nəzarətindədir.
İlkin məlumata görə, yanğın məktəblinin evdə tək olduğu zaman baş verib, yanğına səbəb telefonun şarj cihazının partlaması güman edilir.