Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilən Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibovun yerinə təyinat olub.
“Tehsil.biz"in məlumatına görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsi Elmir Ağayeva həvalə edilib.
Məlumat nazirliyin mətbuat xidmətindən saytımıza təsdiqlənib.
Qeyd edək ki, İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.