Logo

Böyük Qayıdış futbol çempionatında 1/2 finalçılar müəyənləşib - FOTOLAR

03.12.2022 13:23 526 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib gəlmiş layihələrdən biri olan Böyük Qayıdış futbol çempionatı layihəsində 1/4 finala yüksələn Füzuli rayonunun 8 komandası arasında mübarizə aparılıb.

Tehsil.biz xəbər verir ki, 1/4 finalda Qayıdış 6 nömrəli, Horadiz 1 nömrəli,Qayıdış 7 nömrəli, Böyük Bəhmənli kənd 1 nömrəli orta, Uşaq Gənclər İdman Şahmat Məktəbi (UGİŞM), Cocuq Mərcanlı kənd, Zobucuq 27 nömrəli, Zobucuq 39 nömrəli məktəblərin komandaları mübarizə aparıb.

1/2 finala UGİŞM, Böyük Bəhmənli, Qayıdış 6 və Zobucuq 27 nömrəli məktəbin komandaları vəsiqə qazanıblar.

Regionda geniş marağa səbəb olan layihənin keçirilməsində Elm və Təhsil Nazirliyi ilə birgə BAMF dəstəyi ilə tikilən futbol meydançasında keçirilən Böyük Qayıdış futbol çempionatı layihəsi uğurları ilə şagirdlər və valideynlər arasında geniş marağa və sevincə səbəb olub.

Xəbər lenti