Logo

Gəncədə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

03.12.2022 16:23 356 baxış
IMG

Gəncə şəhərində məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və bəzi əməkdaşları ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov, idarənin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və bəzi əməkdaşları iştirak ediblər.

Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanma məsələləri ilə bağlı olan görüşdə məktəbəqədər təhsil müəssisələrində tətbiq edilən qidalanma proqramının yenisi ilə əvəz olunduğu bildirilib. Bununla belə pilot layihə olaraq bir neçə məktəbəqədər təhsil müəssisinə yeməklərin hazırlanaraq çatdırılacağı da bildirilib.

Xəbər lenti