Sabirabad rayon Məlik Məlikov adına Şəhriyar kənd orta məktəbinin binası acınacaqlı vəziyyətdədir.
Bu barədə "Tehsil.biz"ə müraciət edən valideynlər bildiriblər.
Onların sözlərinə görə, sözügedən məktəb tədris üçün tamamilə yararsızdır.
Valideynlər bildirirlər ki, məktəbin bu halda olması övladlarının tez-tez xəstələnməsinə səbəb olur. Bundan başqa, təhsil ocağında natəmizlik də hökm sürür.