Miçiqan Ştat Universitetinin tədqiqatçıları xərçəng xəstəliyinin müalicəsində geniş istifadə olunan sisplatinin yan təsirlərini azalda bilən artıq təsdiqlənmiş dərman kəşf ediblər.
Məlumata görə, 1965-ci ildə Miçiqan Universitetinin alimləri tərəfindən kəşf edildikdən sonra sisplatin bütün xərçəng müalicələrinin müqayisə edildiyi qızıl standarta çevrilib. Sisplatin hal-hazırda testis, yumurtalıq, sidik kisəsi, ağciyər, mədə, baş və boyun xərçənglərinin müalicəsində istifadə olunur. Dərman effektiv kimyaterapiya dərmanı olduğunu sübut etsə də, müalicənin əlavə təsirləri (ətraflarda ağrı və böyrək çatışmazlığı daxil olmaqla) zəiflədə bilər və müalicənin dayandırılmasına səbəb ola bilər. Hazırda bu yan təsirləri azaldan dərmanlar yoxdur.
Müəlliflər Parkinson xəstəliyinin müalicəsində istifadə edilən artıq təsdiqlənmiş dərman olan istradifilinin xərçənglə mübarizə qabiliyyətinə təsir etmədən sisplatinin yan təsirlərini azalda biləcəyini müəyyən ediblər.
İstradefilin və sisplatin arasında dəqiq qarşılıqlı əlaqə hələ müəyyən edilməmişdir. Hazırda məlumdur ki, istradifillin sisplatin tərəfindən məhv edilən xərçəng hüceyrələri tərəfindən böyük miqdarda ifraz olunan adenozinin təsirini bloklayır.
İstradifillinin insanlar üçün təhlükəsiz olduğu göstərilsə də, sisplatinin yan təsirləri ilə mübarizədə effektivliyini nümayiş etdirən cari təcrübələr yalnız heyvan modellərində aparılmışdır. İnsanlarda klinik sınaq başa çatdıqdan sonra xəstələrin əlavə təsirlər və ya dərman effektivliyini itirmədən sisplatini qəbul etməyə davam edə biləcəklərinə ümid var.