Logo

Xalqımızın birliyi, ordumuzun rəmzi - İkinci Qarabağ Müharibəsi

04.12.2022 00:03 577 baxış
IMG

Bütün dünyaya səs salmış, xalqımızın birliyi, ordumuzun rəmzi olan İkinci Qarabağ müharibəsindən danışaq...

27 sentyabr, 2020-ci il...

44 gün boyunca davam edən, sonu zəfərlə bitən bu müharibə Azərbaycan tarixi ilə yanaşı, dünya tarixində də yeni bir iz açdı. 30 illik həsrətə son qoydu bu 44 gün. Bu qısa zaman kəsiyində bütün dünyanın gözü Azərbaycanın üzərində idi. Çünki illərdi ki, qüruru əzilmiş, tapdalanmış, öz ata-baba yurdlarından didərgin salınmış Azərbaycan xalqı torpaqlarına yenidən qovuşmaq üçün mübarizə aparırdı. Çox çəkmədi ki, cəbhədən sevivindirici xəbərlər gəlməyə başladı. Qələbə xəbərləri...

Bu qələbədə sevincli xəbərlərlə yanaşı, kədərli xəbərlərdə alırdıq. Sevinirdik ona görə ki, bizsiz qalmış torpaqlarımıza qovuşurduq. Kədərlənirdik ona görə ki, bizi o torpaqlara qovuşduran zaman canını, qanını fəda edən edən dağ vüqarlı oğullarımızı itirirdik. Onların hər biri Tomirisin, Cavad xanın, Babəkin övladlarıdır. 30 il bundan qabaq o torpaqlardan ayaqyalın, qundaqda çıxan körpələrimiz, indi əsgər geyimində, əsgər çəkməsində, bir əlində silah, bir əlində şərəfimizn, qürurumuzun rəmzi olan 3 rəngli Azərbaycan bayrağı ilə geri dönərək, zəfər çaldı...

Bu zəfər yolunda vətən fədailərimizdə oldu...

Onların hər biri zirvələrin ən ucası Şəhidlik zirvəsinə ucaldı. Vətən bizə onlardan əmanətdir. Çünki torpaq su ilə qarışanda palçıq, Şəhid qanı ilə qarışanda Vətən olur. Bu vətəni bizə hədiyyə edən, bu torpağı vətənləşdirən, Cənnətin sakinləri bizə Qarabağ adlı cənnəti qaytardı. Vətənin şəhid oğulları yaddaşlarda, solmayacaq çiçəkli fidan kimi qaldınız. Qürurumuzu dirçəldən, vətənimizi bütövləşdirən, sevinc hissimizi bizə qaytaran və alnımızın ləkəsini silən qəhrəman şəhidlərimizi hörmətlə anır, ruhları qarşısında baş əyirik!

Yarım qalmış torpaqlarımızın bərpası uğrunda yarım qalmış canlarda oldu. Qazilərimizdir onlar. Onlar bizə şəhidlərimizin əmanətidir. Bəzisi görən gözünü, bəzisi tutan əlini, yeriyən ayağını, hətta bədəninin yarısını Vətən yolunda fəda etdi. Qazi Şəhid yarısıdır. Biz şəhidlərimizlə yanaşı qazilərimizədə borcluyuq. Allahdan onlara şəfa diləyirik. Şəhidlərimizin arasında qələmini yerə qoyub silaha sarılan, mənim də riyaziyyat müəllimim olan Rabil İsmayılovu, döyüş meydanında yaralı qardaşlarına yardım edən Arəstə Baxışovanı, öz nəğməsilə əsgərlərimizə ruh verən Xudayar Yusifzadəni itirdik bu zəfər yolunda.

Döyüş meydanında hərbiçi şəhidlərimizlə bərabər sivil şəhidlərimizdə oldu. Ordumuzun dəmir yumruğu qarşısında aciz qalan erməni vandalları həmişəki kimi, günahsız insanları hədəfə almağa başladı. Onlar Azərbaycanın qədim şəhərləri olan Gəncəni, Bərdə və Tərtəri raket atəşlərinə məruz qoydu. Məndə bir Gəncə sakini kimi, həmçinin bu hadisələrin canlı şahidi olaraq deyə bilərəm ki, Gəncə şəhərində gecə saatlarında evində yatmış dinc əhalini nişana almışdılar.

Onların içərisində yenicə ana laylası ilə yuxuya getmiş, vətən müharibəsinin ən kiçik şəhidi Mədinə də var idi. Mədinə ilə yanaşı neçə-neçə həyatı sönmüş, arzuları yarım qalmış məktəblilərdə var idi. Bütün itkilərimizə baxmayaraq, xalqımız öz əzmkarlığı, sarsılmazlığı ilə döyüş meydanındakı igidlərimizi ruhlandırır, onların zəfər çalmasına dəstək olurdular.

30 ildir ki, xalqımızın qovuşmağa həsrətlə gözlədiyi Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın incisi olan Şuşa şəhəri "8 noyabr,2020-ci il" tarixində erməni vandallarının tapdağından azad edilmişdir. Bundan sonra çiçəklərimiz, bənövşələrimiz qorxa-qorxa açmayacaq. Şuşa məscidinə düşmən ayaq basmayacaq. Vətən dağlarının qoynunda bitən lalələr daha da al rəngdə açacaq.

Çünki onlar Şəhid qanı ilə suvarılmışdır. Ali Baş Komandanımız Cənab ilham Əliyevin güclü siyasəti və Azərbaycan ordusunun rəşadəti nəticəsində azad olunmuş torpaqlarımızda yenidənqurma işləri aparılır. O torpaqlardan didərgin düşmüş məcburi köçkün və qaçqınların öz dədə-baba yurdlarına ən qısa zamanda qovuşması üçün yeni yollar salınır, evlər tikilir. Yenidən cənnət qoxulu o yerlərdə dahilərin, şairlərin, bəstəkarların yetişməsi, uşaqların yaxşı təhsil alması üçün məktəblər, universitetlər inşa olunur.

44 günlük mübarizəmizdə bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur.

Dəmir Yumruq əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!!

Əhmədova Nəzirə Yasin qızı
ADPU-nun Quba filialının
Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I tədris ili tələbəsi

Xəbər lenti