Logo

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin nümayəndələri tələbələrlə görüş keçirib

04.12.2022 11:00 310 baxış
IMG

Dekabrın 2-də “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin nümayəndələri Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq qonaq və iştirakçıları salamlayıb, bildirib ki, Azərbaycanda gənclərlə iş dövlət siyasətinin prioriteti və mühüm tərkib hissəsidir. Bu gün dövlətin və cəmiyyətin inkişafında gənclərin yaxından iştirakının şahidi oluruq. Gənclərimiz ictimai və siyasi baxımdan olduqca fəaldır. Bu, istər dövlət, istər özəl, istərsə də QHT sektorunda özünü aydın göstərir. Sevindirici və qürurverici haldır ki, dövlətin idarəetmə və qanunvericilik infrastrukturlarındakı uğurlu layihələrdə gənc imzaların sayı günü - gündən artır. Bu gün ölkənin müxtəlif bölgələrində Gənclər evi, mərkəzləri fəaliyyət göstərir və onların idarəçiliyi gənclərə həvalə olunur. Dövlətin gənclər strategiyasına uyğun olaraq bu cür məkanların istifadəsi, müxtəlif qurum və QHT-nın fəaliyyəti gənclərin gələcək hədəflərinin, ambisiyalarının seçilməsinə xidmət edir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu kimi tədbirlərin reallaşdırılması gənclərin maariflənməsinə, vətənimizin inkişafı üçün ictimai fəallıqlarının artırılmasına, onların cəmiyyətin təkamülü ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsir etməklə yanaşı, gənclərin intelektual inkişafına və onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralarında sərbəst seçim etmələrinə də mühüm təsir göstərir.

GMD-nin baş katibi Aynurə Salmanlı çıxış edərək iştirakçıları salamlayıb, “Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” nin fəaliyyət istiqaməti, həyata keçirdiyi layihələr və birliyə qoşulmağın yolları haqqında ətraflı məlumat verib. Bildirib ki, 30 avqust 2012-ci ildə təsis edilmiş birlik fəaliyyətə başladığı ilk gündən elmi, mədəni, sosial inkişafı rəhbər tutub və gənclərin sosial işlərdə hüquqlarının təmsil və müdafiəsinə daim dəstək göstərib. GMD ictimai birliyi gənclərin istənilən mövzuda müraciətlərinə xüsusi diqqətlə yanaşıb. Həyata keçirilən bir çox layihə gənclərin təklif və ideyaları əsasında reallaşdırılıb. “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilir və hər layihədə öz dəstəyini açıq şəkildə göstərir.

Görüşdə interaktiv müzakirələr aparıldı və tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti