Logo

TƏBİB əməkdaşları üçün ingilis dili proqramına start verilib - FOTO

04.12.2022 11:33 281 baxış
IMG

Noyabrın 28-də Bakı Amerika Mərkəzi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşlığı çərçivəsində TƏBİB əməkdaşlarının ingilis dili biliklərinin inkişaf etdirilməsi məqsədilə ümumi ingilis dili proqramına start verib.

Tehsil.biz xəbər verir ki, 6 aylıq proqram müddətində iştirakçılar ingilis dilində həm səlis, həm də başa düşülənlik baxımından danışıq bacarıqlarını gücləndirmək, söz ehtiyatlarını genişləndirmək və eyni zamanda Amerika mədəniyyəti ilə tanış olmaq şansı əldə edəcəklər.

Kurs ingilis dili üzrə mütəxəssis Ariella Kisin tərəfindən aparılacaq. Proqramı başa vurduqdan sonra müvəffəqiyyət qazanan iştirakçılar sertifikatla mükafatlandırılacaq.

 

Xəbər lenti