Logo

Uşaqları tərbiyələndirərkən nələri etmək olmaz?

04.12.2022 13:40 570 baxış
IMG

Liderlik üzrə mütəxəssis, psixologiya bestsellerlərinin müəllifi Tim Elmor öz tədqiqatları sırasında valideynlərin uşaqları tərbiyə edən zaman yol verdikləri səhvləri müəyyən etmişdir. Bu səhvlər uşaqların gələcəkdə karyera və şəxsi həyatda uğur qazanmalarına mane olur.

Tehsil.biz Tim Elmor-un məsləhətlərini təqdim edir:

Uşaqlara risk etmək şansı yaratmırıq

Biz müasir dövrdə, birbaşa təhlükələrlə üz-üzə yaşayırıq. Bu təhlükə hissi uşaqlarımızı itirmək qorxumuzu gücləndirir. Buna görə də, biz onları tam bir qayğı ilə əhatə edirik.  Avropalı psixoloqlar belə qənaətə gəliblər:  uşağa küçədə oynamağa icazə vermədikdə, bir-iki dəfə yıxılıb dizləri qanamadıqda, yıxıldıqda özlərinin ayağa qalxmasına imkan vermədikdə onlar gələcəkdə bir çox fobiyalarla üzləşməli olur. Uşaq bir neçə dəfə yıxılmalıdır ki, bunun normal olduğunu anlasın. Yeniyetmələr mübahisə etməli və ilk sevginin qəmini yaşamalıdırlar. Bu onların cəmiyyətə adoptasiya olması üçün vacib amildir.

Çox tez onlara kömək etməyə can atırıq

Müasir gənc nəsil 30 il bundan əvvələ aid uşaqların sahib olduğu bilikləri inkişaf etdirməyib. Övladımız problemlə üzləşdiyi zaman cəld bir şəkildə ona kömək etməyə çalışırıq. Bununla da onun özünün həll yolu axtarıb tapmaq şansını əlindən alırıq. Uşaqlar gec və ya tez kiminsə onlara kömək edəcəyi fikrinə öyrəşirlər: “Səhv etsəm və yaxud məqsədimə çatmasam böyüklər mənim köməyimə çatacaq”.

Uşaqları ərköyün böyütməyin

Övladınız hər an sizi sevməli deyil. O bütün həyatı boyu bir çox çətinliklərlə üzləşəcək, lakin uşağın ərköyün böyüdülməsi bu çətinliklərin öhdəsindən gəlməkdə ona mane olacaq. Buna görə də, onlara “yox” və “indi olmaz” kimi ifadələr deyin ki, öz istəklərinə görə mübarizə aparmağı öyrənsinlər. Əgər ailədə bir neçə uşaq varsa, valideynlərin onların hamısını mükafatlandırmağa və ayrı-seçkilik etməməyə çalışır. Lakin biz bununla uşaqları uğurlara görə mükafatlandırılmaq sevincindən məhrum edirik.

Öz keçmişimizdəki səhvləri uşaqlarımızla bölüşmürük

Övladınızla söhbət zamanı onun yaşında olduğunuz zaman yol verdiyiniz səhvlərdən danışın. Lakin bu zaman siqaret, alkoqol və narkotik kimi zərərli vərdişlərdən söhbət açmayın. Uşaqlar maneələrlə üzləşməyə hazır olmalı və öz qərarlarına görə cavabdeh olmağı bacarmalıdırlar. Onlara eyni problemlərlə üzləşdiyinizdə nə etdiyinizi, bundan hansı dərslər çıxardığınızı danışın.

Biz intellekt və istedadı böyüklük ilə ölçürük

İntellekt tez-tez uşağın yetişməsini ölçmə üsulu kimi istifadə edilir və nəticədə valideynlər belə hesab edirlər ki, ağıllı uşaq artıq real həyata hazırdır. Bu belə deyil. Övladınızın bütün sahələrdə istedadlı olduğunu düşünməyin. Uşaqlara sərbəstlik verməyin müəyyən edilmiş yaşı yoxdur.

Uşaqlara öyrətməyə çalışdığımız şeyləri özümüz etmirik

Unutmayın ki, uşaqlar ən xırda hərəkətlərinizi belə müşahidə edir və sizdən nümunə götürür. Əgər siz qaydalara əks hərəkət etsəniz bu zaman övladlarınız da sizin ardınızca gələcək. Uşaqlra necə yaxşı insan olmağı və ətrafdakılara kömək əlini uzatmağı öyrədin. Heç nəyi dəyişmək gec deyil. Davranışlarınıza diqqət edin ki, sonradan uşaqlarınızın davranışlarına görə peşman olmayasınız.

Xəbər lenti