Logo

Uşaqlarda əqli geriliyin aradan qaldırılma yolları - ARAŞDIRMA

04.12.2022 14:03 1406 baxış
IMG

Əqli gerilik haqqında ilk kateqoriyalaşdırma sahəsində araşdırmanı 1921 ci ildə American association on mental retardation tərəfindən aparılıb.Ətrafındakı insanlarla münasibətdə ,danışma və əlaqə qurmaqda ,motorik bacarıqlarda,yeni məlumatların öyrənilməsində böyük problemlər yaşanır.Əqli gerilik ağırdan yüngülə doğru bir konsdeptdə yer alır.

Əqli gerilik nədir? - uşaqlıq – insanın gələcək həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əldə olunan bilik və bacarıqlara əsaslanır. Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiyalar bəzən ömürlük yaddaşda qalır. Lakin insan beyni daim inkişafdadır və həmişə daha yeni, mürəkkəb funksiyaların qavranılması üçün məşq etdirilə və istifadə oluna bilər. Uşaqların bütün hissiyat bacarıqları ( görmə, toxunma, iybilmə, dadbilmə, eşitmə) oyun vasitəsilə inkişaf etdirilməlidir. Hissetmə bizə ətraf mühit haqqında məlumat əldə etməyə imkan verir. Beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər çox inkişaf etmiş olar. Əgər uşaqların beyni informasiyalardan təcrid edilərsə, o heç vaxt normal inkişaf etməyəcək.

Hər bir uşaq 3 əsas sahədə inkişaf edir:

  1. Fiziki (bədən) inkişaf
  2. Əqli (intellektual) inkişaf
  3. Sosial (ünsiyyət) inkişaf

Uşağın sosial inkişafı üçün əqli cəhətdən inkişaf etməsi zəruridir. Lakin istisna hallar da mümkündür. Məsələn, ictimai həyatımızda bəzən elə hallarla rastlaşırıq ki, əqli cəhətdən geri qalan bir şəxs öz sosial inkişafına görə tipik olan həmyaşıdlarından heç də geri qalmır. Sual olunur: “Əgər insanın sosial inkişafı onun əqli inkişafından asılıdırsa, bu necə olur?” Sualın cavabı çox sadədir: Sosial cəhətdən inkişaf etmiş əqli cəhətdən geri qalan uşaqla mütəxəssis məşğul olub və onun ətrafındakı insanlar məsələnin ciddiliyini başa düşüb problemi tez və müştərək həll etməyə çalışıblar. Bəzən istər tipik, istərsə də əqli cəhətdən geri qalan uşağın sosial inkişafına elə onun ətrafındakı insanlar mane olur. Bu ya məsuliyyətsizlikdən, ya da savadsızlıqdan irəli gəlir. Əqli gerilik şifahi ünsiyyət qurmaq, öz qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı münasibətləri davam etdirmək qabiliyyətləri ilə bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin funksional xəstəliyidir.

Əqli geriliyin yaranma səbəbləri nədir?- Mütəxəssislər əqli geriliyin bir çox səbəblərini aşkar etmişlər. Bunlardan ən mühümləri aşağıdakılardır:

  1. Genetik hallar.
  2. Hamiləlik zamanı yaranan problemlər.
  3. Doğuş problemləri.
  4. Sağlamlıq problemləri.

Əqli gerilik xəstəlik deyil. Əqli gerilik başqasından yoluxa bilməz. Əqli geriliyin 3 dərəcəsi var:

Ən ağır dərəcə (idiotluq). Belə uşaqlarda baş beyin qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə etdiyindən onlarda nəinki intellekt çox aşağı səviyyədə inkişaf edir, həm də hərəkət, nitq, eşitmə və digər analizatorlar da inkişafdan qalmış olur. İdiot uşaqlar ətraf aləmi mənalandırıb qavraya bilmir.

Ağır və orta dərəcə (imbessillik). İmbesil uşaqlar nitqə, çox da çətin olmayan, sadə əmək vərdişlərinə yiyələnmək imkanına malikdirlər. Lakin dərk etmə, hafizə, təfəkkür, emosional-iradi proseslərin, dilin kommunikativ funksiyaların inkişafdan geri qalması onların təlim-tərbiyə işini demək olar ki, qeyri-mümkün edir.

Yüngül dərəcə (debillik). Belə uşaqlarda intellekt aşağı olur. Emosional-iradi xüsusiyyətlərdə kobud qüsurlar olur. Bütün bunlar onlara ümumtəhsil proqramına yiyələnməyə imkan vermir.

Qüsurun müəyyən qədər kompensasiyası üçün oliqofren uşaqlarla bir sıra korreksion iş aparılır. Bunun üçün müəyyən psixoloji və qeyri-ənənəvi metodlardan istifadə olunur. Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan psixoloji metodlar aşağıdakılardır:

İnkişafetdirici oyunlar – bu, uşağın şəxsiyyət kimi formalaşmasına, kollektivdə öz yaşıdları ilə münasibətlərin yaxılaşmasına istiqamətlənmiş xüsusi məşğələlər komplesidir.

Kukloterapiya – bu metod sosial həyatda tələb olunan bacarıqların mənimsənilməsi məqsədilə qrup məşğələləri zamanı istifadə olunur. (başqalarını dinləmək, birgə oyunda iştirak etmək, münaqişələrin davasız həll edilməsi).

Rəsm çəkmə və nə isə düzəltmə – yazmaq və oxumaq üçün hazırlıq mərhələsi kimi əl motorikasını inkişaf etdirir. Məhz incə əl motorikasının uşağın intellektual qabiliyyətlərini inkişafına təsir etdiyi məlumdur.

Psixoloji nağıl – bu üsul hər bir uşaq üçün tanış olan bir yol nağıl uydurulması əsasında qurularaq uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilir.

Art-terapiya ( yəni uşağın yaradıcı qabiliyyətlərinin aşkar edilməsi) – uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur.

Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan qeyri – ənənəvi metodlar isə aşağıdakılardır:

Cıdır terapiya – atlar üzərində gəzmək. Uşaqlarda hərəki reflekslərin inkişafına həddindən artıq köməklik göstərir. Atın üzərində əyləşməklə uşaq müvazinətini saxlamağı öyrənir, onda düzgün duruş formalaşır, əzələlər inkişaf edir. Cıdır terapiya üçün xüsusi şərt – yəhərlənməmiş atlar olmalıdır və nəzarətçi olduqca diqqətli olmalıdır. At üzərində gəzinti zamanı bütün əzələlər işə düşür, əzələ tonusu normallaşır. Fiziki inkişafa müsbət təsirdən əlavə, atlarla ünsiyyət onlarda psixoemosional sahəyə də təsir edir. Əqli cəhətdən geri qalan uşaqlar bəzən ətraf mühitlə ünsiyyətdə çətinlik çəkirlər, özlərinə qapanıq olurlar və onları bu vəziyyətdən çıxarmaq olduqca çətin olur.

Yoqa – reabilitasiya üçün digər effektiv metodlardan biridir. Bu tip uşaqlar güclü elastikliyə sahib olurlar. Yoqa üçün lazım olanlar duruş, əyilmə onlar üçün problem deyil. Oynaqlardakı elastikliyə görə yoqa mütəxəssisi onlara xüsusi ehtiyatlılıqla yanaşaraq əzələ gücünün artılmasına, hərəkətlərdəki koordinasiyanın inkişafına, ayaqların gücünə nəzər yetirməlidir. Yoqa, diqqətin inkişafı, bilik əldə etmə, saymağı öyrənmək üçün əla vasitə ola bilər. Yoqa terapiya nəticəsində əqli cəhətdən geri qalan uşaqlar düzgün nəfəs almağı, diqqətlərini cəmləşdirməyi, öz bədənlərini hiss etməyi, məkanda özünü hiss etməyi öyrənmiş olurlar.

Musiqi terapiya – musiqi ilə müalicədir. Musiqiyə heç kim biganə yanaşa bilmir. Uşaqdan tutmuş böyüyə qədər hamı musiqiyə reaksiya verir. Musiqi əhval – ruhiyyəni qaldırmağa, insanı dərin düşüncələrə dalmağa, arzu və istəklərin daha da qabarmasına səbəb olur. Bütün bunlar əqli cəhətdən geri qalan uşaqlarda da belədir. Düzgün musiqi seçimi nəticəsində müəllim uşaqda inam hissini artıra, əhval -ruhiyyəsini yaxşılaşdıra bilər. Musiqi terapiya sayəsində diqqət və hafizə inkişaf etdirilir, hərəkətlərin koordinyasiyası 15 yaxşılaşdırılır. Hər bir uşaq üçün ayrılıqda musiqi seçilməlidir. Bununla aqressiyanın azalmasına, rahatlaşdırmaya, və ya əksinə bəzi uşaqlarda ləngimə, hərəkət etməyə məcbur etməyə, tapşırıqlarda rahatlıqla iştirak etməyə nail olmaq olar.

Kanisterapiya – itlərlə müalicə. Xüsusi təlim keçmiş itləri əqli cəhətdən geri qalan uşaq olan evlərə verirlər. Uşaqlarda qayğı bacarıqlarını, ünsiyyət qurmaq vərdişlərini inkişaf etdirməyə istiqamətlənib.

Delfinoterapiya – delfinlər vasitəsilə müalicə üsuludur. Ultrasəslər vasitəsilə orqanizmə təsir edən səslər və vibroakustuk dalğalarla həmin uşaqlara təsir etmək olar. Delfinlər vasitəsilə sinə qəfəsində masaja nail olmaq olar. Əgər uşaq dəniz heyvanı ilə rahatlıqla ünsiyyətə girə bilirsə demək psixoemosional sahəyə təsir uğurla baş vermişdir. Uşaqda bunun vasitəsilə motor, sensor sferanı inkişaf etdirmək olar. Uşaqlar daha açıq, ünsiyyətcil, yaddaşları, diqqətləri, nitqləri inkişaf etmiş olur.

Əqli geriliyin korreksiyası- Bu zaman valideynlərə diqanoz qoyulduğu andan məlumatlar verilməlidir.Ümumi tibbi müayinə olunmalıdır.Bu cür uşaqlara daha çox sevgi və qayğı göstərmək lazımdır.Çünki bu cur uşaqlar cox problemler yaradırlar.Onlar etdiklərini tez unudurlar.Bu tip uşaqllarla diqqət artıran oyunlar oynanılmalıdır.evin dizaynı belə məhz onlara uyğun qurulmalıdır.Bir sozlə psixoloq və valideyn komleks problemləri aradan qaldirmaq üçün çalışmalıdır.

Adilə Nəzirova

Xəbər lenti