Logo

Dünyada yaşanan maraqlı təhsil faktları - FOTOLAR

04.12.2022 14:19 364 baxış
IMG

Tehsil.biz təhsil haqqında ən maraqlı faktlardan bir neçəsini təqdim edir:

1. Çoxları Kembric və ya Sarabona universitetlərini ən qədim universitetlər kimi tanıyırlar. Lakin bu belə deyil. Dünyanın ən qədim universiteti Mərakeşin Fes şəhərində yerləşən Müsəlman Əl Qarauin universitetidir. Bu ali təhsil ocağı 859-cu ildə yaradılıb.

2. Ən çox tələbə Hindistanın Lukanu şəhərində Montessori məktəbində təhsil alır. 2003-cü ildə məktəbdə 27 911 şagird qeydiyyata alınıb.

3. Almaniya məktəblərindən birinin 100 illiyində 2521 məzun məktəbi bitirib.

4. Qərbi Virciniyanın xanım Blanş Miller məktəb və uşaq bağçasının məzunları 70 il bir birini görməyiblər. Uzun müddətdən sonra onlar bir yerə yığışmaq qərarı verirlər. Düzdür, tədbirə hamı gələ bilmir. Çünki o şagird və tələbələrdən artıq çoxu dünyasını dəyişmişdi.

5. Çeroki qraflığı ali məktəbinin 1929-cu il məzunları 74 il ərzində hər il görüşərmişlər. Sonuncu dəfə isə sağ qalan 30 nəfərdən 9 nəfəri tədbirə gələ bilib.

6. Ən uzun dərs Avstraliyanın Kvinslend şəhərinin Leydli ali məktəbində 2003-cü ildə 15 apreldən 17 aprelə qədər davam edib. Bu dərsdə professor Mari Barrouz 26 tələbəyə 54 saat ərzində dayanmadan biologiyadan məruzə edib.

Xəbər lenti