Logo

Bu proqramlar müəllimlərə lazım ola bilər

04.12.2022 15:00 4770 baxış
IMG

Onlayn dərslər zamanı bir çox proqramlardan, saytlardan istifadə etmək lazım gəlir. Əsasən də müəllimlər rahat və asan proqramlar vasitəsilə dərs keçmək arzusunda olurlar.

Tehsil.biz müəllimlərin onlayn dərslər keçmələrinə faydalı olacaq saytları təqdim edir:

1. Google Forms

Google Forms Google şirkəti tərəfindən təqdim olunan xidmətlərdən biridir. Forms əvvələr məlumat toplamaq, sorğu aparmaq üçün istifadə edilsə də, hal-hazırda Kuiz imkanı ilə müəllimlərə onlayn qiymətləndirmə aparmaq imkanı təqdim edir.

2. Kizoa 

Video və şəkillərdən istifadə edərək,  yeni videolar hazırlaya biləcəyiniz veb saytlardan biridir. Videoları hazırlayan zaman istər hazır şablonlardan istifadə edə, istərsə videonun dizaynını tamamı ilə sıfırdan qura bilərsiniz. Videolarında fərqli effektlərdən istifadə etmək istəyənlər üçün uyğun bir seçim olacaqdır.

3. Sparkol

 Sparkol fərqli formatda video hazırlamağa imkan verən resursdur. Daha aydın desək, “əllə və ya qələmlə çəkilmə” tipli bir video hazırlamaq üçün asanlıqla istifadə edə bilərsiniz. 

4. Adobe Spark  

Adobe Spark - Adobe şirkətinin təqdim etdiyi proqram məhsullarından biridir. Saytda video ilə yanaşı poster, infoqrafik və s. hazırlamaq mümkündür. Video hazırlayan zaman istər hazır şablonlardan istifadə ilə, istərsə də sıfırdan başlayaraq video hazırlana bilər.

5. Moovly 

Moovly videolarında fərqli effektlər və animasiyalar istifadə etmək istəyənlər üçün saytdır. Saytda hazır şəkillərdən və videolardan istifadə edib video hazırlamaq olur. Xüsusi ilə animasiya tipli bir video hazırlamağı düşünürsünüzsə bu saytdan istifadə edə bilərsiniz

6. Powtoon 

Powtoon - animasiya tipli videolar hazırlamaq üçün sadə və istifadəsi rahat alət. Xüsusi ilə uşaqların diqqətini cəlb edən rəngarəng animasiya -videolar hazırlamaq istəyənlər üçün əla resursdur. Animasiya hazırlaya zaman həm öz yüklədiyiniz şəkil və videolardan, həmdə proqramın özünün təqdim etdiyi resurslardan istifadə edə bilərsiniz.

Xəbər lenti