Logo

Amerikalı alim: "COVID-19 süni şəkildə yaradılıb"

04.12.2022 16:20 352 baxış
IMG

Çinin Uhan şəhərindəki laboratoriyada çalışan amerikalı alim Endryu Huff koronavirus infeksiyasının süni şəkildə yaradıldığını bildirib. 

Tehsil.biz xəbər verir ki, bu barədə “The Sun" məlumat yayıb.

Mənbə bildirib ki, bu versiya tədqiqatçının "Wuhan haqqında həqiqət" adlı kitabında yer alıb.

Epidemioloq Çində keyfiyyətsiz biotəhlükəsizlikdən istifadə edərək aparılan təcrübələrin ABŞ tərəfindən maliyyələşdirilən Wuhan Virusologiya İnstitutunun laboratoriyasından sızma ilə nəticələndiyini qeyd edib.

Huffun sözlərinə görə, Çin ilk gündən bunun genetik olaraq hazırlanmış bir virus olduğunu bilirmiş.

"Təhlükəli biotexnologiyanın çinlilərə ötürülməsində ABŞ hökuməti günahkardır", - deyə ekspert öz işində etiraf edib.

Alimin sözlərinə görə, ən sarsıdıcısı odur ki, iddia edilən Amerika səlahiyyətliləri dünyaya yalan danışıb, Çin şəhərində COVID-19 ətrafındakı vəziyyətə aidiyyətini inkar ediblər.

Xəbər lenti