Logo

AƏSMA tələbəsi könüllülərinin innovativ həllər düşərgəsində - FOTO

04.12.2022 19:43 461 baxış
IMG

Şuşa ilinə həsr olunmuş "Şuşa üçün yarat" ASAN könüllülərinin innovativ həllər düşərgəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) YAP Gənclər Birliyinin fəalı və ll kurs tələbəsi Zəhra Əhmədzadə iştirak edib.

Bu barədə "Tehsil.biz"ə AƏSMA-dan məlumat verilib.

Bildirilib ki, "Şuşa üçün yarat" ASAN könüllülərinin innovativ həllər düşərgəsi Azərbaycan Respublikasının Gənclər Fondunun, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, ASAN Xidmət, "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzi və "ABAD"ın dəstəyi ilə həyata keçirilib.

Xəbər lenti