Logo

“Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” başlayıb - FOTO

05.12.2022 11:02 630 baxış
IMG

Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”yə start verilib. 

Tehsil.biz xəbər verir ki, SAF-2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.

Festivala ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır.Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər. 

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Xəbər lenti