Logo

Laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib

05.12.2022 12:04 1179 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, paytaxtdakı Məktəb-Lisey Kompleksində təşkil olunan test imtahanında 1 483 nəfər iştirak edib.

İmtahanda namizədlərə informatika üzrə 20, qanunvercilik üzrə 20, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 50 test tapşırığınının cavablandırıması üçün 100 dəqiqə vaxt verilib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə laborant vəzifəsi üzrə 180 vakant yer mövcuddur.

Onu da qeyd edək ki, 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.

Xəbər lenti