Logo

BMU-İNHA İDP-nin tələbəsi Koreya dili nitq müsabiqəsində uğur qazanıb

05.12.2022 13:08 479 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) III kurs tələbələri (İnformasiya texnologiyaları ixtisası) - Nurcan Fərzizadə, Nigar Qurbanova və Aysu Sərkərova X Koreya dili nitq müsabiqəsində uğurla təmsil olunub.

Tehsil.biz xəbər verir ki, onlardan Nigar Qurbanova müsabiqənin nəticələrinə əsasən III yeri tutub.

Tədbir Bakı Dövlət Universiteti, Koreya Respublikasının ölkəmizdəki səfirliyi, Koreya Fondu və Azərbaycan Koreya Dili Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Müsabiqəyə Koreya dilinin tədris olunduğu 5 universitetdə (Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Texnologiya Universiteti) təhsil alan tələbələr qatılıb.

Qeyd edək ki, BMU-İNHA İDP tələbələrinə proqramın ilk semestrindən etibarən Koreya dili tədris olunur.

Xəbər lenti