Logo

Lənkəranda tələbə intihar edib? - Universitetdən AÇIQLAMA

05.12.2022 14:17 1311 baxış
IMG

Sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsinin intihar etməsi ilə bağlı məlumat yayılıb.

Tehsil.biz xəbər verir ki, yayılan məlumata görə, hadisə ötən gün Lənkəran şəhərində qeydə alınıb.

"Hacıqabul rayon sakini, 17 yaşlı R.Ə. kirayədə qaldığı evdə özünü bıçaqlayıb. Qarın nahiyəsindən bıçaq xəsarətləri alan tələbə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumata görə, tələbə qız sevgilisindən ayrıldığı üçün özünü öldürmək istəyib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

Tehsil.biz bununla bağlı intihara cəhd etdiyi deyilən tələbənin oxuduğu Lənkəran Dövlət Universiteti ilə əlaqə saxlayıb. Təhsil müəssisəsinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, belə bir fakt baş verib:

"Hadisə, ötən bazar günü, kirayə yaşadığı mənzildəbaş verib. Amma səbəbi məlum deyil. Heç ilkin səbəb də bilinmir. Hüquq mühafizə orqanları araşdırır. Qızın valideyninin bildirdiyinə görə, qız dərman şüşəsinin ağzını açarkən təsadüfən özünə xəsarət yetirib. Biz də hüquq mühafizə orqanlarının açıqlamasını gözləyirik. Hazırda valideynləri övladlarının yanındadırlar".

Xəbər lenti