Logo

ASAPES tələbələri "Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”nda iştirak edirlər

05.12.2022 15:15 264 baxış
IMG

5 dekabr – Beynəlxalq Könüllülər Günüdür. Bununla əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan “Azərbaycan Könüllülük Həftəsi 2022” layihəsi çərçivəsində "Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu" da keçirilir.

Tehsil.biz xəbər verir ki, forumda ASAPES-in könüllülük hərəkatında təmsil olunan tələbələri də iştirak edir.

Qeyd edək ki, hazırda ASAPES tələbələri "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin üzvləri kimi müxtəlif sahələrdə fəallıq nümayiş etdirərək, ölkəmizdə könüllülük hərəkatına öz töhfələrini verirlər.

Xəbər lenti