Logo

"Buraxılış və qəbul imtahanları ilə bağlı aparılan bəzi dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır"

05.12.2022 15:30 393 baxış
IMG

“Təsadüfi deyil ki, xüsusilə son zamanlar ali təhsilin hamı üçün əlçatanlığının təmin olunması əsas gətirilərək, test sisteminin artıq özünü doğrultmadığı iddiasında olanların, imtahanların sadələşdirilməsi və hətta ləğv olunması barədə fikir söyləyənlərin sayı durmadan artmaqda davam edir".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Ekspert bildirib ki, xüsusilə də buraxılış və qəbul imtahanları ilə bağlı aparılan dəyişikliklər, imtahan müddətlərinin önə və geriyə çəkilməsi ilə bağlı qrafiklər heç də hamı tərəfindən birmənalı qarşılanmır:

"Aydındır ki, istənilən dəyişikliklərlə bağlı hər bir yanaşma proqram tələbləri və tədris materialının yüngülləşməsinə hesablanmalı olduğu kimi, imtahan prosesinin də sadələşməsinə və obyektivliyinə, təhsilin pillələri arasında uzlaşmanın yaradılmasına xidmət etməli olduğu halda, bu və ya digər variantın tətbiqi imtahan verənlərin hazırlıq səviyyəsinə və adaptasiya prosesinə heç də mənfi təsirsiz ötüşmür”, - ekspert qeyd edib.

Xəbər lenti