Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Maliyyə-İqtisad Kollecinə 2020/2021-ci tədris ili üzrə sənəd qəbulu aparılır.
UNEC-dən bildirilib ki, sənəd qəbulu prosesinin reallaşdırılması üçün universitetdə onlayn proqram təminatı hazırlanıb.
Abituriyentlər müvafiq sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq tələbə kabineti qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sistemə yükləməlidirlər. Sənədlərin elektron versiyasını sistemə yükləməzdən öncə təlimat və videomaterialla tanışlıq tövsiyə olunur.
Sənəd qəbulu oktyabrın 12-dək davam edəcək.