Bakıda vətəndaşa məxsus uşaq bağçası kimi fəaliyyət göstərən mülkiyyətin hasarı ətrafda tikinti işləri aparan “Gloria Palace” MTK tərəfindən dağıdılıb.
Baku TV xəbər verir ki, hadisə Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 74 ünvanında qeydə alınıb.
Şikayətçi bildirir ki, hadisə gecə vaxtı qeydə alınıb.
“Gloria Palace” MTK-nın nəzarətçisi bildirib ki, bu pilot layihədi: “Biz burda yaşayan sakinləri köçürüb, mülkiyyətçilərə sahib olduğu sahənin 20 faiz artığını veririk”.