Logo

AzTU-da “TUSİ (2C)” inkubasiya proqramları çərçivəsində görüş olub

05.12.2022 20:16 265 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin iştirakı ilə “TUSİ (2C)” inkubasiya proqramları çərçivəsində görülən işlərlə bağlı görüş keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, görüş çərçivəsində Dövlət Agentliyi və AzTU tərəfindən innovasiya sahəsində həyata keçirilən işlər, ölkəmizdə startap ekosisteminə dəstək tədbirləri haqqında məlumat verilib. Sonra mentorlarla və inkubasiya proqramına qoşulmuş tələbələrlə açıq müzakirələr və fikir mübadiləsi aparılıb, həmçinin layihənin gedişatı barədə tələbələrin və müəllimlərin fikirləri dinlənilib.

“Gələcək üçün bacarıqlar” layihəsinin ikinci komponenti olan "TUSİ(2C)" inkubasiya proqramı hazırda ölkəmizin 4 universitetində, mentorluq proqramı isə 12 universitetində həyata keçirilir.

Qeyd edək ki, AzTU-nun müəllimləri 2021-ci ilin aprel ayından mentorluq proqramına, tələbələri isə 2022-ci ilin aprel ayından "TUSİ(2C)" inkubasiya proqramına qoşulub.

Xatırladaq ki, İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil prosesində tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.

Xəbər lenti