Logo

BDU-da Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təqdimatı olub

06.12.2022 11:51 104 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təqdimatı olub.

Tehsil.biz xəbər verir ki, görüşdə müxtəlif bölgələrdə çalışan gənc müəllimləri özündə birləşdirən AGMA-nın fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, 2020-ci ildən dövlət qeydiyyatına alınan AGMA gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradır, innovativ inkubasiya imkanlarını təbliğ edir.

AGMA-nın əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.

Qurumun sədri Rüfət Əsədzadə tələbələrə “Tələbə, məzun yox, təcrübəli məzun” mövzusunda təlim keçib. Görüşdə “gencmuellim.az” platformasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, platforma müəllimlərə davamlı öyrənmə imkanları yaradır. Hazırda platformada 3500-dən çox aktiv müəllim və 18 müxtəlif kurs mövcuddur.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti